Mağazanın soyuducusunda   qadın meyiti tapıldı
16 dekabr 2025 10:43 (UTC +04:00)

Mağazanın soyuducusunda qadın meyiti tapıldı

0

ABŞ-ın Mayami şəhərində “Dollar Tree” adlı şəbəkə mağazasında dondurucu kamerada qadın meyiti tapılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hüquq-mühafizə orqanlarının müəyyənləşdirdiyinə görə, ölən şəxs 32 yaşlı Elen Massiell Qaray Sançes olub. Onun cəsədi səhər saatlarında, mağaza açılışa hazırlanarkən növbədə olan işçilər tərəfindən tapılıb. Dərhal mağaza əməkdaşları polisə məlumat veriblər.

İstintaq müəyyən edib ki, qadın əvvəlki axşam mağazaya bağlanışa az qalmış daxil olub. O, heç bir alış-veriş etməyib və dərhal binanın arxa hissəsində yerləşən, soyuducunun olduğu xidməti zonaya yönəlib. İlkin məlumatlara görə, Sançes qəsdən orada gizlənib və bütün gecəni içəridə qalıb.

Hazırda hadisənin başvermə şəraiti araşdırılır. Detektivlər həlak olan qadının qohumları və tanışları ilə söhbətlər apararaq onun bu cür davranışının mümkün səbəblərini aydınlaşdırmağa çalışırlar. Hadisədə rol oynamış ola biləcək psixi sağlamlıq problemləri versiyasına xüsusi diqqət yetirilir.

Ölümün dəqiq səbəbləri məhkəmə-tibbi ekspertiza aparıldıqdan sonra müəyyən ediləcək. Araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 562

Oxşar yazılar