Makron Putinin  həbsinə qarşı   çıxıb
01 iyun 2023 15:36 (UTC +04:00)

Makron Putinin həbsinə qarşı çıxıb

Rusiya prezidenti Vladimir Putin Ukraynada sülh danışıqlarının aparılması üçün yeganə şəxs olduğu ortaya çıxarsa, həbs edilməməlidir. 

Lent.az bildirir ki, “The Guardian”ın xəbərinə görə, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

"Əgər bir neçə aydan sonra danışıqlar üçün pəncərəmiz olarsa, o zaman biz məhkəmə və danışıqlar arasında seçim etməli olacağıq və biz de-fakto olan liderlərlə danışıqlar aparmalıyıq. İnanıram ki, danışıqlar prioritet olacaq", - Fransa lideri vurğulayıb.

 Makronun sözlərinə görə, Rusiya hər hansı legitimliyini itirib, lakin Ukraynanın gələcək əks-hücum əməliyyatı hərbi məqsədlərinə çatmasa, Avropanın Ukraynaya gələcək dəstəyinin xarakterini qiymətləndirmək lazım gələcək. Eyni zamanda o qeyd edib ki, Ukrayna təkcə öz sərhədlərini deyil, həm də Avropa sərhədlərini qoruyur.

Bildiyiniz kimi, mart ayında Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Putinin beynəlxalq həbsinə order verib.

Xatırladaq ki, Makron bir müddət əvvəl Putinin NATO-nu ən güclü “elektrik şoku” ilə “ayıltdığını”, Ukraynaya qarşı müharibəyə başladığını bildirmişdi.
 
 

# 1332
avatar

Oxşar yazılar