Məktəbin qarşısında atışma:  3 nəfər...
09 fevral 2023 07:42 (UTC +04:00)

Məktəbin qarşısında atışma: 3 nəfər...

Nyu-Yorkda orta məktəb qarşısında atışma olub.

Lent.az “New York Post” qəzetinə istinadən xəbər verir ki, hadisə nəticəsində ikisi məktəbli olmaqla üç nəfər yaralanıb.

İnsident Bruklin şəhərində baş verib.

Hadisə nəticəsində 15 və 17 yaşlı tələbələr, həmçinin 37 yaşlı kişi güllə yarası alıb, xəstəxanaya yerləşdiriliblər.

Hücum edən şəxs hadisə yerindən qaçıb.

Hadisənin mümkün səbəbləri və hücum edənin kimliyi barədə hələlik məlumat verilmir.

# 1599
avatar

Oxşar yazılar