Donald Tramp
14 oktyabr 2021 09:49 (UTC +04:00)

Donald Tramp

“Mənim üçün darıxmamısınız?” - Trampdan izləyicilərinə MESAJ

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı prezident Co Baydenin siyasətinin uğursuz olduğunu bildirib.

Lent.az xəbər verir ki, Tramp sosial şəbəkədə paylaşımında hakimiyyətin COVID-19 epidemiyasına qarşı mübarizə apara bilmədiyini qeyd edib.

Bundan əlavə, o, mağazalardakı ehtiyatın tükəndiyini, benzinin qiymətinin artdığını, ölkə sərhədində vəziyyətin  bərbad olduğunu və hökumətin Əfqanıstanda alçaldığını bildirib.

Bunları əsas gətirən Tramp “Mənim üçün darıxmamısınız?”, sözləri ilə açıqlamasına son verib.
Qeyd edək ki, Donald Tramp 2016-2021-ci illərdə ABŞ-ın 45-ci prezidenti olub.

# 1941
avatar

Nigar Adil

Oxşar yazılar