Məsciddə partlayışa görə 23 nəfər saxlanıldı
02 fevral 2023 06:14 (UTC +04:00)

Məsciddə partlayışa görə 23 nəfər saxlanıldı

Pakistan Pişəvər şəhərində məsciddə güclü partlayışla nəticələnən terror aktının səbəblərini araşdırmaqda davam edir.

Lent.az-ın “Vesti.ru”ya istinadən verdiyi xəbərə görə, mühüm sübutların aşkarlanmasından sonra terror aktının hazırlanması və həyata keçirilməsində iştirakda şübhəli bilinən 23 nəfər, o cümlədən polis əməkdaşları saxlanılıb. Şübhəlilər arasında təkcə yerli sakinlər deyil, Əfqanıstanla sərhəddə yerləşən ərazilərdə yaşayanlar da var.

Pakistan hüquq-mühafizə orqanları terrorçunun məscidin ərazisinə necə girə biləcəyini araşdırır. çünki, şəhərin bu hissəsi xüsusi mühafizə olunur, orada çoxlu sayda hüquq-mühafizə orqanlarının əməkdaşları yaşayır. Polis məsciddə terrorçunun köməkçilərinin də olduğunu istisna etmir.

Son məlumatlara görə, kamikadzenin ibadət zamanı törətdiyi partlayış nəticəsində əksəriyyəti polis olmaqla 101 nəfər ölüb, 200-ə yaxın insan yaralanıb.

Hücuma görə məsuliyyəti Pakistanın qadağan etdiyi Pakistan Taliban Hərəkatı (TTP) üzərinə götürüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1657

Oxşar yazılar

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

13 may 2025 , 06:39
İlin müəllimi 12 yaşlı uşağı zorladı

İlin müəllimi 12 yaşlı uşağı zorladı

13 may 2025 , 04:28
Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

13 may 2025 , 01:41
PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12