Milyonçu qadın özünü kanala atdı
01 oktyabr 2025 11:03 (UTC +04:00)

Milyonçu qadın özünü kanala atdı

0

Tailandın Ratçaburi itkin düşən milyonçunun meyiti kanaldan tapılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki,  sentyabrın 28-də Potharam polis bölməsinə dəhşətli tapıntı barədə xəbər daxil olub. May Xlong kanalında sarı köynək və ağ-yaşıl zolaqlı şort geyinmiş qadının meyiti aşkarlanıb. Yoxlama zamanı zorakılıq və ya xəsarət izlərinə rast gəlinməyib. Mütəxəssislər ölümün meyitin sudan çıxarılmasından ən azı yeddi saat əvvəl baş verdiyini ehtimal ediblər.

Ölənin zahiri görünüşü həmin gün daha əvvəl polisə daxil olmuş məlumatdakı təsvirə uyğun gəlib. Yaxınları meyiti tanımaq üçün dəvət edildikdən sonra ailə qadının şəxsiyyətini təsdiqləyib. Onun rayonun tanınmış sahibkar qadını 64 yaşlı Tun¬yapor¬n olduğu məlum olub.

Mərhum böyük ərzaq bazarının sahibi idi və onun sərvəti 100 milyon bata (təxminən 2,7 milyon ABŞ dolları) dəyərində qiymətləndirilirdi. Qadın heç vaxt evli olmayıb, qardaşları, bacıları və nəvələri ilə birgə yaşayırdı.

Hüquq-mühafizə orqanları qadının xəstəlik tarixçəsini və yaxınlarının sözlərini nəzərə alaraq, intihar versiyasını ən ehtimal olunan səbəb kimi nəzərdən keçirirlər. Bununla belə, ölümün dəqiq səbəbini müəyyənləşdirmək üçün meyit məhkəmə-tibbi ekspertizaya göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 924

Oxşar yazılar