Misirdə HƏMAS və İsrail arasında  danışıqlar olacaq
04 oktyabr 2025 14:28 (UTC +04:00)

Misirdə HƏMAS və İsrail arasında danışıqlar olacaq

0

Qəzza zolağındakı münaqişənin həlli üzrə danışıqlar İsrail və ABŞ nümayəndə heyətlərinin iştirakı ilə oktyabrın 5-də Misirdə başlanacaq.

Lent.az xəbər verir ki, bu barədə İsrailin 12-ci televiziya kanalı məlumat yayıb.

Bildirilir ki, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff artıq Misirə yola düşüb. ABŞ tərəfdən danışıqlarda, Qəzza üzrə tənzimləmə planının müəlliflərindən biri olan president

Donald Trampın kürəkəni Cared Kuşnerin də iştirak edəcəyi gözlənilir.

Kanalın məlumatına görə, İsrail nümayəndə heyətinə baş nazir Benyamin Netanyahunun etibarlı adamı və strateji planlaşdırma naziri Ron Dermer rəhbərlik edə bilər.

Qeyd edək ki, oktyabrın 3-də HƏMAS Trampın planına uyğun olaraq bütün əsirləri azad etməyə hazır olduğunu açıqlayıb. Hərəkat həmçinin Qəzza zolağının idarəsini fələstinli texnokratlardan ibarət müstəqil hakimiyyət orqanına verməyə razılıq göstərib.

Bundan sonra ABŞ prezidenti Donald Tramp İsraildən Qəzza zolağını bombalamağı dərhal dayandırmağı tələb edib. Amerika liderinin sözlərinə görə, bu, girovların təhlükəsiz şəkildə çıxarılması üçün vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar