"Miss-2024"ün finalçısı itkin düşdü
18 aprel 2024 11:46 (UTC +04:00)

"Miss-2024"ün finalçısı itkin düşdü

Rusiyanın Buryatiya Respublikası üzrə İstintaq Komitəsi “Miss Buryatiya 2024” müsabiqəsinin finalçısı Seseg Buinovanın qəribə şəraitdə yoxa çıxması ilə bağlı cinayət işi açıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, taksi sürücüsü kimi fəaliyyət göstərən Buinova aprelin 12-nə keçən gecə iş zamanı yoxa çıxıb. Məlum olub ki, tanışı Stanislav Norboev də onunla birlikdə itkin düşüb.

Axtarışlar başlayandan sonra Ulan-Ude şəhərinin həyətlərindən birində Buinovaya məxsus “Mitsubishi Outlander” markalı avtomobili nömrələri qoparılmış halda tapılıb. Avtomobilin şüşəsinin sürücü tərəfində qana bənzər ləkə aşkar edilib. Könüllülər itkin düşən qadının papağını, ayaqqabılarını və elektron siqaretini, habelə Norboyevin əşyalarını və sənədlərini bir neçə fərqli yerdə tapa biliblər.

“Axtarış zamanı aşkar edilmiş cinayət işi üçün mühüm əhəmiyyət kəsb edən əşyalar hərtərəfli yoxlanılıb, onların səthindən müxtəlif məhkəmə-tibbi ekspertizaları üçün lazım olan izlər götürülüb”, - RF İstintaq Komitəsinin Buryatiya Respublikası üzrə şöbəsi bildirib.

İtkin düşən 30 yaşlı qadının həyat yoldaşı və iki övladı var. Aprelin əvvəlində Seseg Buinova “Miss Buryatiya – 2024” respublika gözəllik müsabiqəsində iştirak edərək finalda “Top Model” adını qazanıb.

# 2154
avatar

Oxşar yazılar