Möcüzəvi körpənin  yeni ailəsi   oldu
21 fevral 2023 14:25 (UTC +04:00)

Möcüzəvi körpənin yeni ailəsi oldu

Suriyada baş verən dəhşətli zəlzələdə dağıntılar altında doğulan möcüzəvi körpə - Ayanın şəkli bütün dünyada əks-səda doğurdu.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki,  möcüzəvi körpə sağ qalan yeganə qohumu olan dayısına verilib. 

Afrində xəstəxanaya aparılaraq müalicə olunan Ayanın anası, atası və 4 bacısı dağıntılar altında vəfat edib. 

Qeyd edək ki, xəstəxana körpənin qaçırılması cəhdlərinin olduğunu və xüsusi təhlükəsizlik tədbirlərinin görüldüyünü açıqlayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1939

Oxşar yazılar