Moskvada generalın  maşınını partlatdılar
22 dekabr 2025 10:16 (UTC +04:00)

Moskvada generalın maşınını partlatdılar

0

Moskvada avtomobil partlayıb, sürücü ağır yaralanıb, indi məlum olub ki, avtomobildə partladılan şəxs Rusiya Silahlı Qüvvələrinin general-mayoru Fanil Sarvarov olub.

Lent.az-ın məlumatına görə, APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə "ЕЖ" teleqram kanalı MNS-ə istinadən məlumat yayıb.

Bildirilib ki, Moskvada Rusiya Silahlı Qüvvələrinin general-mayoru Fanil Sarvarova sui-qəsd cəhdi edilib. Partlayış Yasenevaya küçəsindəki yaşayış binasının həyətində, o, "Kia Sorento" markalı avtomobilinə minərkən baş verib. Maşına ciddi ziyan dəyib və Sarvarov nəqliyyat vasitəsindən çıxarılıb. O, çoxsaylı qəlpə yaraları və sınıq xəsarətləri alıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, sürücü oturacağının altına əldəqayırma partlayıcı qurğu qoyulub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəblərini araşdırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 318

Oxşar yazılar