Moskvada partlayış  - 2 ölü, 15 yaralı - VİDEO  - YENİLƏNİB
04 may 2025 22:55 (UTC +04:00)

Moskvada partlayış - 2 ölü, 15 yaralı - VİDEO - YENİLƏNİB

Moskvanın cənub-qərbində yaşayış binasında baş vermiş partlayış nəticəsində iki nəfər ölüb.

Lent.az xəbər verir ki, hüquq-mühafizə orqanları ən az iki nəfərin öldüyünü açıqlayıb.

Bundan başqa hadisə nəticəsində azı 15 nəfərin də yaralandığı bildirilir.

Güclü partlayış nəticəsində, mərtəbələr arasındakı hissəyə ciddi ziyan dəyib və binanın girişinin tamamilə uçmaq təhlükəsi var.

***

22:35

Moskvanın General Tyulenev küçəsində yerləşən çoxmərtəbəli binada partlayış baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli “Telegram” kanalları məlumat yayıb.

Bildirilib ki, partlayış güclü yanğına səbəb olub. İlkin məlumata görə, 10-dan çox insan xəsarət alıb. Hadisə yerinə bir neçə təcili yardım briqadası göndərilib.

Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, General Tyulenev küçəsində yaşayış binasının 9-cu mərtəbəsi yanır.

Partlayışdan sonra üst mərtəbədə yanğın baş verib. Yanğınsöndürmə və xilasetmə bölmələri insanları xilas edir, yanğının mənbəyini müəyyənləşdirir.

Partlayışın ilkin səbəbinin qaz sızması olduğu ehtimal olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 682

Oxşar yazılar

İranda daha iki bölgədə yanğın oldu - VİDEO

İranda daha iki bölgədə yanğın oldu - VİDEO

4 may 2025 , 22:29
İranda partlayışa görə iki nəfər saxlanıldı

İranda partlayışa görə iki nəfər saxlanıldı

4 may 2025 , 20:46
CHP sədri Özgür Özələ hücum edilib

CHP sədri Özgür Özələ hücum edilib

4 may 2025 , 15:35
Kaliforniyada təyyarə yaşayış evlərinə çırpıldı

Kaliforniyada təyyarə yaşayış evlərinə çırpıldı

4 may 2025 , 08:01
Qəzzada son sutkada 39 nəfər  öldü

Qəzzada son sutkada 39 nəfər öldü

4 may 2025 , 07:21
Çilidə dəhşətli zəlzələ  baş verdi

Çilidə dəhşətli zəlzələ baş verdi

4 may 2025 , 05:19
Çində helikopter faciəsi:  10 metrlik yüksəklikdən yerə çırpıldı

Çində helikopter faciəsi: 10 metrlik yüksəklikdən yerə çırpıldı

4 may 2025 , 04:32
Hindistanda sıxlıq: 6 ölü, 30 yaralı var

Hindistanda sıxlıq: 6 ölü, 30 yaralı var

4 may 2025 , 03:27