Anasının ölümündən sonra oğlu onun lotereya biletini yoxlayıb və şok xəbər alıb.
Şotlandiyanın Aberdin şəhərindən olan Liam Karter mərhum anasının əşyalarını çeşidləyərkən mətbəx siyirtməsində tapdığı lotereya bileti ilə 18 043 funt sterlinq qazanaraq inanılmaz anlar yaşayıb. Məlum olub ki, Enn Karter bu pulu ölümündən cəmi iki gün sonra qazanıb.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, 34 yaşlı Liam "EuroMillions" bileti və üzərində “Sat draw — don’t forget!” ("Şənbə günü çəkilişi - unutma!" yazılan zərf tapıb.
Kişi əvvəlcə buna əhəmiyyət verməsə də, sonra Milli lotereya proqramı vasitəsilə bileti yoxlamaq qərarına gəlib. Skan etdikdən sonra ondan qaynar xəttə zəng etməsi xahiş olunub və orada qalib elan olunub.
" Məbləğ mənə bildirildikdə, sadəcə uyuşdum. Bu, yuxu kimi idi. Anam hər həftə oynayırdı və həmişə deyirdi ki, nə vaxtsa qalib gəlsə, pul mənim olacaq. İndi hiss edirəm ki, bu, onun son hədiyyəsidir", - Liam deyib.
O, anasının istədiyi kimi pulu ilkin ödəniş üçün mənzildə istifadə etmək qərarına gəlib.