“Müharibə daha çox davam edəcək” - Ağ Ev proqnozunu dəyişir...
16 aprel 2022 20:15 (UTC +04:00)

“Müharibə daha çox davam edəcək” - Ağ Ev proqnozunu dəyişir...

“Vaşinqton Ukraynada müharibənin tez başa çatması üçün heç bir ilkin şərt görmür. Onlar hesab edirlər ki, hərbi əməliyyatlar 2022-ci ilin sonuna qədər davam edə bilər”.

Lent.az xəbər verir ki, bu fikri CNN ABŞ dövlət katibi Entoni Blinkenə istinadən yayımlayıb.

Blinken deyib ki, avropalı həmkarları ilə münaqişənin uzana biləcəyi ilə bağlı narahatlığı müzakirə edib.

ABŞ telekanalı, həmçinin bildirib ki, müsahibə verən bir çox rəsmilər də Ukraynada müharibənin nə qədər davam edəcəyini dəqiq proqnozlaşdırmağın çətin olduğunu vurğulayıb:

“Bir sıra rəsmilər qeyd ediblər ki, hazırda Rusiya Prezidenti Vladimir Putinin son məqsədlərinin dəyişdiyinə dair heç bir əlamət yoxdur və o, hərbi məğlubiyyətlə üzləşməsə, diplomatik danışıqlara başlaya bilməyəcək.

Bu fikir Rusiyanın Kiyevi tez bir zamanda ələ keçirəcəyini gözlədiyi bir vaxtda ABŞ-ın irəli sürdünü qısamüddətli - bir neçə günlük müharibə proqnozuna ziddir”.

Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivan aprelin 14-də açıq şəkildə deyib ki, Ukraynadakı döyüşlər çox güman ki, “uzadılacaq” və “aylar və ya daha çox” davam edəcək.

Konqresin bəzi üzvləri və onların köməkçiləri də Ukraynada baş verənləri üç il davam edən Koreya müharibəsi ilə müqayisə edirlər.

Qeyd edək ki, digər iki Avropa rəsmisi də Rusiya qoşunlarının yeni hücuma başlayacağı gözlənilən Ukraynanın şərqindəki döyüşlərin 4-6 aya qədər davam edə biləcəyinə inandıqlarını vurğulayıblar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2041

Oxşar yazılar

Süveydada təhlükəli olay

Süveydada təhlükəli olay

3 avqust 2025 , 14:39
Krasnodarda küçələri, yolları su basdı-VİDEO

Krasnodarda küçələri, yolları su basdı-VİDEO

3 avqust 2025 , 14:02
İranda kimya zavodunda yanğın-VİDEO

İranda kimya zavodunda yanğın-VİDEO

3 avqust 2025 , 11:32
Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var

Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var

3 avqust 2025 , 10:21
"Krokus Siti Holl"da 70 nəfər belə ölüb

"Krokus Siti Holl"da 70 nəfər belə ölüb

3 avqust 2025 , 09:21
ABŞ-da zəlzələ  baş verdi

ABŞ-da zəlzələ baş verdi

3 avqust 2025 , 07:50
Arılarda bioloji qocalmanı ləngitmək  qabiliyyəti aşkar edildi

Arılarda bioloji qocalmanı ləngitmək qabiliyyəti aşkar edildi

3 avqust 2025 , 06:02
Qızıl mədənində UÇQUN:  5 nəfər öldü

Qızıl mədənində UÇQUN: 5 nəfər öldü

3 avqust 2025 , 05:37