Muzdlunun zorladığı ukraynalı qadın: “Soyunmasaydım, güllələyəcəkdi...”  
12 aprel 2022 19:43 (UTC +04:00)

Muzdlunun zorladığı ukraynalı qadın: “Soyunmasaydım, güllələyəcəkdi...” 

“Martın 7-də ərimlə evdə idim, muzdlu hərbçi içəri girdi. O, məni silahla qonşuluqdakı evə apardı. Əmr etdi ki, paltarımı çıxarım, yoxsa güllələyəcəkdi...".

Lent.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu, rus ordusunun tərkibində döyüşən muzdlu hərbçilər tərəfindən təcavüzə məruz qalmış 50 yaşlı Annanın (təhlükəsizlik məqsədilə qadının adı dəyişdirilib) jurnalistlərə dediklərindəndir.

Həmin gün muzdlu tərəfindən zorlanan ukraynalı qadın təcavüz edəni çeçen yaraqlısı kimi təsvir edir:

“O, məni zorlayanda içəri daha dörd əsgər gəldi. Düşündüm ki, işim bitdi...”.

Kiyevdən 70 km qərbdə yerləşən kənddə yaşayan Annanın sözlərinə görə,  o, rus əsgərlərinin ayrı bir bölməsi tərəfindən xilas edilib:

“Sonradan evə qayıtdım, ərimi yaralı gördüm. Məni zorlamağa aparanda ərim arxamca gəlməyə çalışıb, qarnından güllələyiblər. Ərimlə qonşu evdə gizləndik, ancaq heç cürə fürsət tapıb onu xəstəxanaya apara bilmədim. İki gün sonra o öldü. Ərimi həyətdə dəfn etdilər”.

Rusiya ordusunun əsgərləri bir neçə gün onun evində qalıb. Onlar getdikdən sonra Anna evdən narkotik və Viaqra tapıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3699

Oxşar yazılar

Süveydada təhlükəli olay

Süveydada təhlükəli olay

3 avqust 2025 , 14:39
Krasnodarda küçələri, yolları su basdı-VİDEO

Krasnodarda küçələri, yolları su basdı-VİDEO

3 avqust 2025 , 14:02
İranda kimya zavodunda yanğın-VİDEO

İranda kimya zavodunda yanğın-VİDEO

3 avqust 2025 , 11:32
Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var

Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var

3 avqust 2025 , 10:21
"Krokus Siti Holl"da 70 nəfər belə ölüb

"Krokus Siti Holl"da 70 nəfər belə ölüb

3 avqust 2025 , 09:21
ABŞ-da zəlzələ  baş verdi

ABŞ-da zəlzələ baş verdi

3 avqust 2025 , 07:50
Arılarda bioloji qocalmanı ləngitmək  qabiliyyəti aşkar edildi

Arılarda bioloji qocalmanı ləngitmək qabiliyyəti aşkar edildi

3 avqust 2025 , 06:02
Qızıl mədənində UÇQUN:  5 nəfər öldü

Qızıl mədənində UÇQUN: 5 nəfər öldü

3 avqust 2025 , 05:37