NASA MAVEN zondunun itirilməsinin  səbəbini açıqlayıb
04 iyun 2026 02:24 (UTC +04:00)

NASA MAVEN zondunun itirilməsinin səbəbini açıqlayıb

0

NASA 2025-ci ilin sonunda Mars orbitində fəaliyyət göstərən MAVEN aparatının itirilməsi ilə bağlı ilkin nəticələri açıqlayıb.

Lent.az xəbər verir ki, qurumun məlumatına görə, zond Marsın kölgəsindən çıxdıqdan sonra naməlum səbəbdən yüksək sürətlə fırlanmağa başlayıb.

Layihə rəhbəri Maykl Moronun sözlərinə görə, bu vəziyyət qısa müddətdə batareyaların tam boşalmasına səbəb olub və nəticədə aparatla əlaqə tamamilə kəsilib.

NASA nümayəndəsi bildirib ki, buna baxmayaraq MAVEN missiyası elmi baxımdan uğurlu hesab olunur və Marsın öyrənilməsinə mühüm töhfələr verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 160

Oxşar yazılar