NFL oyunçularının dörddə birində CTE əlamətləri  aşkarlandı
27 avqust 2026 03:27 (UTC +04:00)

NFL oyunçularının dörddə birində CTE əlamətləri aşkarlandı

0

ABŞ-da aparılan yeni araşdırmada vəfat etmiş NFL oyunçularının təxminən dörddə birində xroniki travmatik ensefalopatiya — CTE əlamətləri aşkarlanıb.

Lent.az xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.

Tədqiqat altı il ərzində vəfat etmiş NFL oyunçularının beyin toxumalarının araşdırılmasına əsaslanır. CTE təkrarlanan baş zədələri və beyin sarsıntıları ilə əlaqələndirilən degenerativ beyin xəstəliyidir.

Mütəxəssislər nəticələrin bütün NFL oyunçularına avtomatik şamil edilə bilməyəcəyini vurğulayırlar. Buna baxmayaraq, araşdırma kontakt idmanlarında baş travmalarının uzunmüddətli nəticələri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 200

Oxşar yazılar