Oğlunun tapılması üçün şöbəyə getdi, özünü tutdular
17 dekabr 2025 18:06 (UTC +04:00)

Oğlunun tapılması üçün şöbəyə getdi, özünü tutdular

0

Malayziyada bir kişi itkin düşmüş oğlu barədə məlumat vermək üçün polis bölməsinə gəlib və bu zaman özü barədə cinayət işi üzrə axtarışda olduğunu öyrənib.

Lent.az xarici mediaya istinadla bildirir ki, paytaxt Kuala-Lumpurda 36 yaşlı kişi polis bölməsindən qaçmağa cəhd göstərdikdən sonra saxlanılıb. Sənədlərin yoxlanılması zamanı polis əməkdaşları onun narkotiklərlə bağlı bir neçə cinayət işi üzrə axtarışda olduğunu müəyyən ediblər.

Şübhəli şəxsə statusu bildirildikdən sonra o, qəfil polis bölməsinin binasını tərk edərək qaçmağa çalışıb. Bir neçə polis əməkdaşı onu təqib edib və qaçan şəxs çay sahilinə doğru yönəlib.

Qaçış zamanı şübhəli onu saxlamağa çalışan polis əməkdaşlarından birini vurub. Daha sonra kişi hadisə yerindən uzaq olmayan ərazidə saxlanılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar