Avstraliya sakini Bred Qay paraşüt açılmadığı üçün 4,5 kilometr hündürlükdən yıxılsa da, möcüzəvi şəkildə sağ qalıb.
Lent.az xəbər verir ki, o, həmin hekayəsini yerli media ilə bölüşüb.
Hadisə onun 22 yaşı tamam olanda baş verib. Ad günü münasibətilə o, tandem (ikili) tullanış üçün sertifikat hədiyyə almışdı. Gənc oğlan hədiyyə kuponundan istifadə etməyə qərar verəndə bu mənzərəni bütün ailəsi izləyirdi.
Qay təcrübəli bir təlimatçı ilə tandem tullanışı edirdi. Əsas paraşüt açılmadı, ehtiyat paraşüt isə qayışlara dolaşdı. Hava boşluğunda yıxılma təxminən altı-yeddi saniyə davam etdi. Bu qısa an ərzində o, içində artıq qaçılmaz ölümü qəbul etmişdi.
Təlimatçı onun düşmə trayektoriyasını qolf meydançasındakı su hövzəsi yaxınlığında yerləşən torpaq yığıntısına tərəf yönəldə bilmişdi. Hər iki paraşütçü sağ qaldı, lakin ağır xəsarətlər aldılar.
Qay xatırlayır ki, o, ayaqlarında tam hissiyyatı itirmişdi və yuxarı ətraflarını da hərəkət etdirə bilmirdi. Sonradan həkimlər onda onurğa sütununun sınığını, boyun bağlarının qopmasını, qabırğalarda çoxsaylı çatları və geniş hematomaları qeydə aldılar.
Qayın fikrincə, psixoloji nəticələr bədən yaralarından daha dağıdıcı olub. O, gecə kabusları ilə müşayiət olunan posttravmatik stress pozuntusu ilə üzləşib. Demək olar ki, dörd ay ərzində o, otağından çıxmayıb və köməksiz hərəkət edə bilməyib. Anası isə ona yemək qəbulunda və gigiyenik prosedurlarda kömək etməli olub.
Qeyd edək ki, o, bu ağır vəziyyətdən çıxışını peşəkar psixoloqların dəstəyi ilə əlaqələndirir.