Pensiya almaq üçün özünü illərlə kor kimi  göstərdi
14 may 2026 15:22 (UTC +04:00)

Pensiya almaq üçün özünü illərlə kor kimi göstərdi

0

ABŞ-da 73 yaşlı kişi veteranlar üçün nəzərdə tutulan müavinətləri almaq məqsədilə dörd il özünü kor kimi göstərib. Halbuki o, həmin müddətdə məktəbdə mühafizəçi və silah üzrə mütəxəssis kimi çalışıb. İndi təqaüdçünü uzunmüddətli həbs cəzası gözləyir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 73 yaşlı Cerri Smit özünü demək olar ki, tam kor kimi təqdim edib. O bildirirdi ki, görmə problemləri səbəbindən avtomobil idarə edə, işləyə və gündəlik işlərini görə bilmir.

Bu əsasla kişi 2017–2021-ci illər arasında “Department of Veterans Affairs” tərəfindən 245 min dollar məbləğində yardım alıb.

Cerri Smit oftalmoloqlar qarşısında özünü kor kimi aparsa da, əslində məktəbdə mühafizəçi işləyib və odlu silah üzrə mütəxəssis fəaliyyət göstərib. Yaşlı kişini 18 ilə qədər həbs cəzası gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar