Prezidentin qardaşı Prezident Sarayının baş katibi   təyin edildi
06 aprel 2025 01:49 (UTC +04:00)

Prezidentin qardaşı Prezident Sarayının baş katibi təyin edildi

Suriya prezidenti Əhməd əl-Şaranın qardaşı Mahir əş-Şara Prezident Sarayının baş katibi təyin edilib.

APA xəbər verir ki, bu haqda Suriya mətbuatı məlumat yayıb.

Hələlik təyinatı təsdiqləyən rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, Mahir əş-Şara Əsəd rejiminin devrilməsindən sonra bir müddət Suriyanın keçid hökumətinin səhiyyə naziri postunu tutub.

Mahir əl-Şara tibb elmləri doktorudur. Onun ikinci təhsili isə səhiyyə sistemlərinin idarə edilməsi üzrə olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1202

Oxşar yazılar