Kim Keon-hi
24 yanvar 2022 23:10 (UTC +04:00)

Kim Keon-hi

Prezidentliyə namizədin arvadı jurnalistləri TƏHDİD ETDİ: "Ərim seçilsə..."

Cənubi Koreya prezidentliyinə namizədin Yun Suk Yolun arvadı ay ərzində ikinci qalmaqallı açıqlamasını verib.

Lent.az-ın xəbərinə görə, mühafizəkar Xalq üçün Hakimiyyət Partiyasının namizədinin arvadı Kim Keon-hi bildirib ki, əri seçiləcəyi təqdirdə tənqid yazan jurnalistləri həbs  etdirəcək.

Yerli qəzetlərdən birinə müsahibəsində qadın ərini tənqid edən jurnalistlər barədə bunu deyib: “Mən Mavi Evə (Koreya prezidentinin iqamətgahı – red.) ayaq basan kimi onların hamısını həbsxanaya yollayacam”.

O həmçinin vurğulayıb ki, ərinin hakimiyyəti dövründə bütün tənqidi media təqib olunacaq: “Bizim göstəriş verib-verməməyimizdən asılı olmayaraq polis onlara qarşı ittiham irəli sürəcək”, - deyə Kim Keon-hi xəbərdarlıq edib. 

# 1656
avatar

Oxşar yazılar