Putin azərbaycanlı jurnalisti  səfir təyin etdi
13 sentyabr 2024 15:47 (UTC +04:00)

Putin azərbaycanlı jurnalisti səfir təyin etdi

Rusiya prezidenti Vladimir Putin azərbaycanlı jurnalist İradə Zeynalovanı səfir təyin edib.

Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin İradə Zeynalovanın Mavrikiya Respublikasına səfir təyin edilməsi barədə sərəncam imzalayıb.

“İradə Avtandilovna Zeynalova Rusiya Federasiyasının Mavrikiy Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”, – sərəncamda qeyd olunur.

O, 1972-ci ildə Moskvada metis ailəsində anadan olub. Atası Aftandil İsabalı oğlu azərbaycanlıdır, anası Galina Alekseyevnanın milliyəti rusdur. İdrak və tərbiyə baxımından İradənin daha çox Azərbaycana bağlı olduğu qeyd olunur

 

İradə Zeynalova 1995-ci ildə Moskva Aviasiya Texnologiyaları İnstitutunu bitirib, 1997-ci ildə televiziyada fəaliyyətə başlayıb.

Jurnalist RTR-də (indiki "Rossiya-1") "Vesti" proqramının redaktoru olub, 2000-2003-cü illərdə isə bu proqramın və onun son buraxılışı olan "Vesti Nedeli"nin müxbiri işləyib. 2016-cı ildən NTV-də “İradə Zeynalova ilə həftənin yekunları” verilişinin aparıcısı olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2196
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar