Qonşu ölkədə koronavirusa yoluxma halları artır
29 sentyabr 2023 01:13 (UTC +04:00)

Qonşu ölkədə koronavirusa yoluxma halları artır

Rusiyada COVID-19-a yoluxma hallarında cüzi artım var.

Lent.az-ın xəbərinə görə, bunu ölkənin səhiyyə naziri Mixail Muraşko “Rossiya 1” telekanalının efirində bildirib.

Statistikaya görə, Rusiyada bir həftə ərzində COVID-19-a yoluxma halları 22% artıb. Sentyabrın 18-dən sentyabrın 24-dək Rusiyada 14 435 koronavirusa yeni yoluxma halı aşkarlanıb. 2328 nəfər xəstəxanaya yerləşdirilib, 10327 nəfər sağalıb.

Rusiyanın bəzi regionları COVID-19 və qriplə mübarizə üçün maska rejiminə qayıdıb.
 

# 1623
avatar

Oxşar yazılar