Ronaldonun sevgilisi körpəsinin  ÖLÜMÜNDƏN DANIŞDI
16 mart 2023 17:13 (UTC +04:00)

Ronaldonun sevgilisi körpəsinin ÖLÜMÜNDƏN DANIŞDI

0

Məşhur futbol ulduzu Kriştiano Ronaldonun sevgilisi Georgina Rodriqez ilk dəfə körpəsini doğuş zamanı itirməsindən danışıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 2022-ci ilin aprelində 38 yaşlı Ronaldo və 29 yaşlı Rodriqez Bella Esmeralda adı verdikləri qızlarını qarşılamağa həvəsli olsalar da, lakin onların əkizlərindən biri doğuş zamanı ölüb.

Georgina Rodriqezin Ronaldo ilə görüşdüyü və həyatındakı dəyişikliyi danışdığı “Mən Georginam” sənədli filminin ikinci mövsümünün təqdimatında körpəsini itirməsi ilə bağlı epizod yer alıb. Rodriqezin körpəsini itirdiyini izah edərkən göz yaşlarını saxlaya bilməyib.

Cristiano Ronaldo'nun kız arkadaşı Georgina Rodriguez bebeğinin ölümü hakkında konuştu - 2

"40 milyondan çox insan məni izləyir, amma heç kim mənim necə hiss etdiyimi bilmir" deyən Rodriqez, "Bu il həyatımın həm ən yaxşı, həm də ən pis anlarını birlikdə yaşadım" – deyərək ağlayıb. 

Əkizlərinin doğulmasını gözləyərkən yalnız bir körpənin sağlam doğulmasından şoka düşən Rodriqez "Həyat davam edir. Yaşamaq və güclü olmaq üçün səbəblərim var", - o deyib.

2021-ci ilin oktyabr ayında Kriştiano Ronaldo Georgina Rodriqez ilə sosial media hesabında əkiz körpələrin müjdəsini verərək, "Əkizləri gözlədiyimizi elan etməkdən xoşbəxtik. Ürəyimiz sevgi ilə doludur, görüşmək üçün səbirsizlənirik" - paylaşımını edib. 

Doğuş zamanı əkizlərindən birinin ölümündən sonra "Liverpul" - "Mançester Yunayted" matçında olan Ronaldo oyunun 7-ci dəqiqəsində ayağa qalxaraq bir dəqiqəlik alqışlarla ona dəstək olub.

Ronaldo 2022-ci ildə Arsenal matçında vurduğu qoldan sonra sevinməsə də, əli ilə göyə işarə edərək qolu oğluna həsr edib.

Kriştiano Ronaldo və Georgina Rodriqezin ötən il doğulan Bella adlı qızı, həmçinin 5 yaşlı Alana adlı qızı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4294

Oxşar yazılar