Rusiyada FTX-nin binası partladı -  ÖLƏN VAR
16 mart 2023 15:17 (UTC +04:00)

Rusiyada FTX-nin binası partladı - ÖLƏN VAR

0

Rusiyanın Rostov vilayətində yerləşən Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhəd qoşunları idarəsinin binasında güclü yanğın baş verib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki,  yanğından əvvəl partlayış olub.

Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Yanğının sahəsi 880 kvadratmetr olub. Partlayışın səbəbi hələlik məlum deyil.

Bütün insanlar binadan çıxarılıb. Hadisə yerinə 20 yanğınsöndürən cəlb olunub. Yanğın ocağı ikinci mərtəbədəki anbarda yerləşir. Yanğının qonşu tikililərə keçməsi təhlükəsi yoxdur.

Zərərçəkənlərdən biri 36 yaşlı hərbi hissənin əməkdaşıdır. O, ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. Onun qapalı kəllə-beyin travması, sağ baldır sümüyünün açıq sınığı, ikinci və üçüncü dərəcəli yanıqlar var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2008

Oxşar yazılar