Rusiyada özünümüdafiə silahları haqqında qaydalar təsdiqləndi
26 iyun 2022 04:32 (UTC +04:00)

Rusiyada özünümüdafiə silahları haqqında qaydalar təsdiqləndi

Rusiya DİN istifadəsinə icazə verilən  özünümüdafiə silahlarına dair tələbləri təsdiq edib.

Lent.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qanuna görə Rusiyada hamar lüləli tüfəng, travmatik silah, qaz tapançası, gözyaşardıcı qaz balonları və elektroşok cihazları özünümüdafiə silahı hesab edilir.

Qaydalarda silahların hər bir növü üçün tələblər öz əksini tapıb. Yeni qaydalar 29 iyun 2022-ci ildə qüvvəyə minəcək.

# 939
avatar

Oxşar yazılar