Kamçatka diyarında 4,6 maqnitudalı zəlzələ baş verib.
Lent.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Petropavlovsk-Kamçatski şəhərindən 207 kilometr məsafədə qeydə alınıb.
Zəlzələnin episentri 41,6 kilometr dərinlikdə yerləşib.