Rusiyanın mövqeləri qanuni şəkildə məhv ediləcək - Podolyak
04 fevral 2023 07:27 (UTC +04:00)

Rusiyanın mövqeləri qanuni şəkildə məhv ediləcək - Podolyak

Ukrayna prezidentinin ofisinin müşaviri Mixail Podolyak “Amerikanın Səsi” Radiosunun rus xidmətinə müsahibəsində rəsmi Kiyevin ABŞ-dın yeni hərbi yardım paketinə münasibətini bildirib

Lent.az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, Podolyak Ukraynanın 150 km mənzilli raketlər alacağını təsdiqləyib, eyni zamanda 200-300 km mənzilli raketlərin alınmasının vacibliyinə də işarə edib.

“150 km əməliyyat-taktiki istiqamətdə Rusiya anbarlarının ləğvi problemlərini həll edir və Krım 200 km-dən çox məsafədə yerləşir. Rusiya ordusunun əsas strateji anbarları orada yerləşir və həm Donetsk, həm də Luqansk vilayətləri də daxil olmaqla, cəbhə xətti boyunca bütün rus qruplaşmalarını təchiz etmək üçün əsas resurs var”, - Podolyak bildirib.

“Beynəlxalq hüquq qətidir: Donbass və Krım yalnız Ukraynanın ərazisidir və Rusiya Federasiyasının orada hüquqi iştirakı yoxdur. Ona görə də qeyri-qanuni hakimiyyət orqanları və hərbi bazalar beynəlxalq hüquq çərçivəsində məhv edilə bilər, biz bunu edəcəyik”, - deyə OPİ rəhbərinin müşaviri yekunlaşdırıb.
 

# 2373
avatar

Oxşar yazılar