İran şahının vəliəhdi, sürgündə yaşayan Rza Pəhləvi bu gün Ukraynanın Odessa vilayətinə gələrək Qara dəniz təhlükəsizlik forumunda iştirak edib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, mayın 29-da Odessada Qara dəniz regionunun ən böyük təhlükəsizlik platformalarından biri hesab edilən üçüncü illik Qara dəniz təhlükəsizlik forumu işə başlayıb.
Tədbirdə Ukrayna, Avropa, ABŞ və digər ölkələrdən 1200-dən çox iştirakçı, o cümlədən siyasətçilər, diplomatlar, hərbçilər, ekspertlər və jurnalistlər bir araya gəlib.
Forum çərçivəsində regionun təhlükəsizlik, siyasi və iqtisadi çağırışları, həmçinin müharibə şəraitində Ukraynaya beynəlxalq dəstək məsələləri müzakirə olunur. Qonaqlar arasında ABŞ senatorları Riçard Blumental və Mark Kelli, konqresmen Cim Hayms, ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Juli Devis, eləcə də ABŞ Prezidenti Donald Trampın pastoru Mark Barns yer alıb.