Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) bir neçə ölkənin liderlərinə Rusiyanın onlara qarşı necə hərbi təcavüz edəcəyini bildirib.
İddialara görə, Rusiya NATO-nun Aralıq dənizi ölkələrindən birinə - İspaniya, Fransa və ya İtaliyaya qarşı pilotsuz təyyarə hücumları hazırlayır. MKİ artıq bir neçə Avropa hökumətini bu barədə xəbərdar edib.
Lent.az bildirir ki, bu barədə "El Mundo" qəzeti məlumat yayıb.
Litva Müdafiə Nazirliyi ilə əlaqəli bir mənbə hesab edir ki, dronlar sahilə ticarət gəmisi ilə çatdırıla və diqqəti cəlb etmədən dənizdən buraxıla bilər. Qəzetin məlumatına görə, Litva hakimiyyəti şübhəli dron növündən - təxminən iki metr uzunluğunda və 18 kiloqram ağırlığında olan Rusiya “Qerbera” dronundan xəbərdardır.
Bir gəmi bu PUA-lardan bir neçəsini daşıya bilər. Onların faydalı yükü kiçik olduğundan, böyük bir obyektə ciddi ziyan vurmaq iqtidarında deyillər. Lakin mənbənin qeyd etdiyi kimi, onlar yanğına səbəb ola və ya limanı və ya hava limanınında işi müvəqqəti dayandıra bilər.
Litva, digər Avropa ölkələri kimi, mümkün hücum barədə məlumatı Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin avqustun 25-də Moskvaya səfərindən sonra alıb. Mənbələrə görə, müvafiq xəbərdarlıq İspaniya, Fransa və İtaliya hakimiyyət orqanlarına da göndərilib.
Bir neçə analitik nəşrə Avropa xarici işlər nazirliklərində Rusiyanın hazırladığı iddia edilən hücumu ətraflı izah edən Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatının olduğunu təsdiqləyib. Onların sözlərinə görə, Fransa hakimiyyəti xəbərdarlığı xüsusilə ciddi qəbul edib. Moskva hələlik bu nəşrlə bağlı şərh verməyib.