Ruhunuz neçə  həyat yaşayıb?  - Doğum tarixi ilə belə hesablanır
25 sentyabr 2026 16:48 (UTC +04:00)

Ruhunuz neçə həyat yaşayıb? - Doğum tarixi ilə belə hesablanır

0

Numerologiyaya görə, doğum tarixi insanın xarakteri və həyat yolu ilə yanaşı, ruhunun əvvəlki həyatları haqqında da məlumat verə bilər. Bu inancın tərəfdarları ruhun müxtəlif həyatlarda təcrübə topladığını və müəyyən dərslər öyrəndiyini düşünürlər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, numerologiyada əvvəlki həyatların sayını hesablamaq üçün istifadə olunan üsul var.

Hesablama necə aparılır?

Bunun üçün tam doğum tarixi lazımdır. Əvvəlcə doğulduğunuz günün və ayın rəqəmlərini ayrı-ayrılıqda toplayaraq hər birini birrəqəmli ədədə çevirməlisiniz.

Məsələn, 1985-ci il dekabrın 19-da doğulan insan üçün hesablama belə aparılır:

Dekabr ilin 12-ci ayıdır. Buna görə ayın rəqəmləri toplanır: 1 + 2 = 3.

Doğum günü 19 olduğu üçün əvvəlcə 1 + 9 = 10, sonra isə 1 + 0 = 1 hesablanır.

Ardınca doğum ilinin bütün rəqəmləri toplanır: 1 + 9 + 8 + 5 = 23.

Sonra gün, ay və il üzrə alınan nəticələr bir-birinə əlavə edilir: 1 + 3 + 23 = 27.

Son mərhələdə isə nəticənin rəqəmləri yenidən toplanır: 2 + 7 = 9.

Beləliklə, bu numeroloji üsula əsasən, həmin doğum tarixi üçün yekun rəqəm 9 olur.

Alınan rəqəm necə izah edilir?

Bu yanaşmanın tərəfdarları yekun rəqəmin ruhun əvvəlki həyatlarının sayını və topladığı mənəvi təcrübəni simvolizə etdiyini düşünürlər.

Kiçik rəqəmlər ruhun yolunun başlanğıcında olması və qarşıda hələ çox təcrübə qazanmalı olduğu kimi yozulur. Böyük rəqəmlər isə daha uzun mənəvi yolun və çoxsaylı həyat dərslərinin göstəricisi sayılır.

Bu inanca görə, əvvəlki həyatların təcrübəsi indiki həyatda anadangəlmə qabiliyyətlər, səbəbi anlaşılmayan qorxular, təkrarlanan hadisələr və “karmik münasibətlər” vasitəsilə özünü göstərə bilər. Sonuncu ifadə guya əvvəlki həyatlardan gələn bağlara əsaslanan münasibətləri nəzərdə tutur. Lakin bu izahların da elmi təsdiqi yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar