"Tətbiqdə parklanma qəbul olundu, amma cərimələndim" - Əməkdar artistdən ETİRAZ
25 sentyabr 2026 18:08 (UTC +04:00)

"Tətbiqdə parklanma qəbul olundu, amma cərimələndim" - Əməkdar artistdən ETİRAZ

0

Əməkdar artist, aktyor Elnur Kərimov parklanma qaydalarını pozduğu üçün cərimələnib.

Lent.az xəbər verir ki, aktyor tətbiq edilən cərimə ilə bağlı narazılığını sosial şəbəkə hesabında bölüşüb.

E.Kərimov bildirib ki, avtomobilini parklanma ərazisində saxlayaraq "AzParking" tətbiqi vasitəsilə ödəniş edib, amma polis ona cərimə yazılıb.

Aktyor yaranmış vəziyyətə etiraz edərək qeyd edib:

"Məqsəd nədir? Məntiqi tuta bilmirəm. "AzParking" dayanmağı qeydə alır və balansdan pul çıxır. Eyni vaxtda polis cərimə yazır. Özü də saxlayanda görürlər, heç nə demirlər. Maşının yanından ayrılan kimi cərimə yazırlar".

Əməkdar artist: Tətbiqdə parklanma qəbul olundu, amma cərimələndim - FOTO

Oxu.Az-a açıqlamasında Elnur Kərimov bildirib ki, cərimənin tətbiq olunmasına ərazidə yaranmış anlaşılmazlıq səbəb olub.

Aktyorun sözlərinə görə, teatrın qarşısında keçirilən tədbirlə əlaqədar bir sıra yol nişanlarının üzəri müvəqqəti olaraq qara örtüklə bağlanıb.

"Ərazidə günün müəyyən saatlarında dayanma-durmağı qadağan edən nişan var. Məsələ burasındadır ki, həmin nişan yolun sağ tərəfindədir. Biz isə hazırkı vəziyyətdə nişan və işıqforların tələbi ilə deyil, yol polisinin əmrləri əsasında hərəkət edirik. Yol polisini görmək üçün isə sürücünün diqqəti daim sol tərəfdə olur. Belə olan halda sağda qoyulan nişanı görməmək normaldır.

Məni maraqlandıran odur ki, əgər ərazidə avtomobil saxlamaq olmazsa, "AzParking" tətbiqində parklanma niyə qəbul olunur? Niyə sürücülərə ərazidə bu günlərdə avtomobil saxlamağın mümkün olmadığı barədə xəbərdarlıq edilmir?

Yol polisi bildirir ki, cərimə qanunsuz deyil. Ərazidə nişanın tələbi pozulub və cərimə yazılıb. Mənim demək istədiyim odur ki, illərdir həmin ərazidə avtomobil saxlayan insanların müvəqqəti nişanı görməməsi normaldır. Ən azı ərazidə xidmət göstərən yol polislərimiz sürücülərə xəbərdarlıq edə bilərlər. AYNA isə belə günlərdə tətbiq vasitəsilə vətəndaşlara məlumat verməlidir", - deyə E.Kərimov bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar