Gənc modelin parçalanmış meyiti  sevgilisinin maşınında TAPILDI
25 sentyabr 2026 18:28 (UTC +04:00)

Gənc modelin parçalanmış meyiti sevgilisinin maşınında TAPILDI

0

Fransada yol kənarındakı yoxlama məntəqəsində gömrük əməkdaşları bir avtomobili saxlayıblar. Avtomobilin baqajında itkin düşmüş 25 yaşlı braziliyalı model Larisa S.-nin parçalanmış meyiti aşkarlanıb. Sükan arxasında isə onun keçmiş sevgilisi olub və kişi dərhal saxlanılıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə Fransanın A8 avtomagistralında baş verib. 

Gömrük əməkdaşları təsadüfi yoxlama zamanı avtomobilin baqaj hissəsində plyonka və paltarların altında torbalara yığılmış qadın meyiti aşkar ediblər.

Avtomobili idarə edən şəxsin mərhumun 29 yaşlı keçmiş sevgilisi, Əlcəzair vətəndaşı olduğu bildirilib. O, qətldə şübhəli bilinərək həbs olunub.

Larisa üç il ərzində Nitsada yaşayıb və model kimi çalışıb. Hadisədən əvvəl onun tanışlarından biri qızın itkin düşməsi barədə məlumat verib.

Daha sonra məhkəmə-tibbi ekspertiza ölən şəxsin Larisa olduğunu təsdiqləyib. Fransa və Braziliya mediasının məlumatına görə, modelin meyiti ağır şəkildə zədələnib.

Şübhəli şəxs həbs edilib. Sentyabrın 24-də axşam saatlarında bu məlumatı Nitsa prokuroru Damien Martinelli də təsdiqləyib. Məlum olub ki, həmin şəxs daha əvvəl narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı işlər üzrə də hüquq-mühafizə orqanlarının diqqətinə düşüb.

İstintaq Larisanın ölümünün dəqiq səbəbini və hadisənin bütün təfərrüatlarını müəyyənləşdirməyə çalışır.

Hüquq-mühafizə orqanları modelin yaşadığı Lenval küçəsindəki mənzildə də axtarış aparıblar. Bundan sonra mənzil möhürlənib.

Qətllə bağlı araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar