Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 1250 nəfəri keçdi
08 fevral 2023 05:11 (UTC +04:00)

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 1250 nəfəri keçdi

Suriyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1250 nəfərə çatıb. 
Lent.az-ın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

"Səhiyyə naziri Həsən Məhəmməd əl-Qabaş fəlakət bölgəsinə səfər zamanı ölənlərin sayının 1250-yə, yaralıların isə 2054-ə yüksəldiyini bildirib", - nazirliyin bəyanatında deyilir.

Xatırladaq ki, fevralın 6-da səhər saatlarında Türkiyə və Suriyada 7,7 bal gücündə güclü zəlzələ baş verib.
 

# 1479
avatar

Oxşar yazılar