Suriyanın yeni lideri Rusiyaya ŞƏRT QOYDU:  "Bəşər Əsədi ver"
29 yanvar 2025 17:19 (UTC +04:00)

Suriyanın yeni lideri Rusiyaya ŞƏRT QOYDU: "Bəşər Əsədi ver"

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Dəməşqə səfərinin təfərrüatları ortaya çıxıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Rusiya Suriyanın yeni de-fakto lideri ilə ölkədəki iki hərbi bazasını saxlamaq üçün "açıq" müzakirələr aparıb.

Suriyadakı mənbələrdən biri isə “Reuters” agentliyinə bildirib ki, yeni lider Əhməd əl-Şara (Əl-Colani) Moskvadan dekabr ayında Şəra üsyançıları tərəfindən devrildikdən sonra Rusiyaya qaçan keçmiş Suriya prezidenti Bəşər Əsədi təhvil verməyi xahiş edib.

Həmçinin Suriya xəbər agentliyi “Sana”nın məlumatına görə, Dəməşq həm də ölkədəki vətəndaş müharibəsində Əsədi dəstəkləyən Rusiyanın “təzminat, yenidənqurma və bərpa kimi konkret tədbirlər” vasitəsilə etimadı bərpa etməsini istəyir.

Kremlin sözçüsü Dmitri Peskov Rusiyadan Əsədin geri qaytarılması və təzminat ödənilməsi tələb edilib-edilmədiyini təsdiqləmək üçün suala cavab verməkdən imtina edib.

Qoşunları və hava qüvvələri illərlə suriyalı üsyançılara qarşı Əsədə dəstək verən Rusiya, Latakiya liman şəhəri yaxınlığındakı Tartus və Hmeymim hərbi-dəniz bazasını saxlamağa çalışır. Onları itirmək onun regionda güc nümayiş etdirmək qabiliyyətinə ciddi zərbə vuracaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3232

Oxşar yazılar

Türkiyədə "Anatolian Phoenix"  hərbi təlimi başladı -VİDEO

Türkiyədə "Anatolian Phoenix" hərbi təlimi başladı -VİDEO

13 may 2025 , 21:02
Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

13 may 2025 , 06:39
İlin müəllimi 12 yaşlı uşağı zorladı

İlin müəllimi 12 yaşlı uşağı zorladı

13 may 2025 , 04:28
Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

13 may 2025 , 01:41
PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14