“Taliban” qadınlara bu hüquqları verəcək
16 avqust 2021 18:23 (UTC +04:00)

“Taliban” qadınlara bu hüquqları verəcək

Əfqanıstanda hakimiyyət ələ keçirildikdən sonra “Taliban” terror hərəkatı linçdən istifadə etməmək və “qadınların hüquqlarına hörmət etmək” niyyətindədir.

Lent.az xarici mediaya istinadla bildirir ki, bunu “Taliban”ın nümayəndəsi Suhayl Şahin bəyan edib.  

Onun sözlərinə görə, edamlar, əzalarını kəsmək və ya daşqalaq etmək kimi bütün cəzalar məhkəmə tərəfindən verilməlidir.

Şahin, taliblərin, çadra taxdıqları təqdirdə qadınların oxumasına, işləməsinə və kişilərin müşayiəti olmadan evdən çıxmasına icazə vermək niyyətində olduğunu da vurğulayıb.

1996-cı ildə, hərəkat artıq ölkədə hakimiyyəti ələ keçirərkən, qadınlara muzdlu işləmək qadağan edilmişdi və qızlara yalnız 8 yaşına qədər oxumağa icazə verilmişdi.

Həmçinin, qadınların kişi qohumları müşayiət etmədən küçəyə çıxması da yasaq edilmişdi. Onlara, eyni zamanda evlərin eyvanlarına çıxmağa və ictimai yerlərdə danışmağa icazə verilmirdi.

Hətta qadınların əlləri, ayaqları, üzləri və saçları geyimin altında qalmalı, görünməməli idi. Zövqə görə zərziba paltarlar geyə bilməzdilər.

# 2544
avatar

Oxşar yazılar