Tarixdə ən güclü qasırğa OLDU:  Bölgələrlə əlaqə kəsildi   - FOTO
15 mart 2023 15:02 (UTC +04:00)

Tarixdə ən güclü qasırğa OLDU: Bölgələrlə əlaqə kəsildi - FOTO

0

"Freddi" qasırğası Afrikada 200-dən çox insanın həyatına son qoyub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ən çox insanın Malavidə öldüyü təsdiqlənib.

Ölümlərin əksəriyyəti, o cümlədən onlarla uşaq ölkənin ticarət mərkəzində - Blantayrda qeydə alınıb.

Xilasedicilər çox işləyir və sağ qalanları tapmağa çalışırlar. Şəhərin əsas xəstəxanasının əməkdaşları meyitxanaya daxil olan çox sayda cəsəd səbəbindən problemlə üzləşiblər.

Hökumət havadan ən çox təsirlənən on cənub bölgəsində fövqəladə vəziyyət elan edib. Dağıntının Malavidə vəba epidemiyasını daha da gücləndirəcəyi gözlənilir.

Məsul şəxslər vurğulayıb ki, bəzi bölgələrdə aramsız yağışlar və güclü külək səbəbindən əlaqə kəsilib, ölənlərin sayı artacaq. On minlərlə insan yeməksiz və sığınacaqsız qalıb. Fırtına Malavinin elektrik təchizatına da ziyan vurub, ölkənin əksər bölgələrində elektrik enerjisi uzun müddətdir kəsilib.

Xatırladaq ki, martın 12-də Mozambikdə fırtına baş verib, lakin ölkənin bəzi yerlərində elektrik və telefon rabitəsi kəsildiyi üçün dəymiş ziyanın həcmini və ölənlərin sayını müəyyən etmək mümkün olmayıb.

Hazırda pis hava şəraitinin 20 qurbanı məlumdur. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, "Freddi" qasırğası tarixdəki ən güclü və bəlkə də ən uzun tropik siklondur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2424

Oxşar yazılar