Tarixin ən gur 5 səsi:  Krakatau vulkanının püskürməsi və "buz yumruğu"
15 iyun 2026 20:15 (UTC +04:00)

Tarixin ən gur 5 səsi: Krakatau vulkanının püskürməsi və "buz yumruğu"

0

Sizcə, betonqıran çəkicin səsi çox gurdur? Onun səs gücü təxminən 100 desibel (dB) təşkil edir. Lakin 1883-cü ildə Krakatau vulkanının püskürməsi nəticəsində yaranan səs Yer kürəsinin üçdə biri qədər ərazidə, yəni 5 min kilometrdən çox məsafədə eşidilmişdi.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, alimlər həmin səsin gücünü 310 dB olaraq qiymətləndiriblər. Bu isə havada yaranan səs üçün nəzəri hədd hesab olunur.

Tarixin ən gur səsləri

1. Krakatau vulkanının püskürməsi (1883) - səs gücü: təxminən 310 dB

İndoneziyada baş verən bu hadisə tarixdə qeydə alınmış ən güclü səslərdən biri hesab olunur. Püskürmə nəticəsində yaranan səs minlərlə kilometr uzaqdan eşidilib.

2. Tunqus meteoritinin düşməsi (1908) - səs gücü: 300-315 dB

Sibirdə baş verən partlayışın yaratdığı zərbə dalğası təxminən 2 min kvadrat kilometr ərazidə meşələri yerlə-yeksan edib.

3. Tambora vulkanının püskürməsi (1815) - səs gücü: təxminən 290 dB

Tarixin ən dağıdıcı vulkan püskürmələrindən biri hesab olunan bu hadisə qlobal iqlim dəyişikliklərinə də səbəb olub.

4. "Çar-bomba"nın sınağı (1961) - səs gücü: təxminən 280 dB

Sovet İttifaqının sınaqdan keçirdiyi bu nüvə bombası bəşəriyyətin yaratdığı ən güclü partlayışlardan biri sayılır. Lakin onun əsas təhlükəsi səs deyil, dağıdıcı gücü idi.

5. "Buz yumruğu" fenomeni - səs gücü: lokal olaraq 240 dB

Bu fenomen Antarktidada havanın temperaturu -40°C və daha aşağı olduqda buz qatlarının çatlaması zamanı müşahidə edilir. Yaranan səs son dərəcə güclü olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 208

Oxşar yazılar