Tramp siyahıya düşə bilmədi
05 oktyabr 2023 03:37 (UTC +04:00)

Tramp siyahıya düşə bilmədi

ABŞ-ın keçmiş prezidenti və milyarder Donald Tramp son üç ildə ikinci dəfə “Forbes” jurnalının Amerikanın 400 ən varlı sakini siyahısına daxil edilməyib.

Lent.az xəbər verir ki, keçmiş Amerika liderinin sərvəti ötən illə müqayisədə 600 milyon dollar azalaraq 2,6 milyard dollar olub. Beləliklə, Trampın 400 ən varlı amerikalının siyahısına düşmək üçün təxminən 300 milyon dolları çatmayıb.

“Forbes”in məlumatına görə, Trampın maliyyə itkilərinin əsas səbəbi “Truth Social” sosial şəbəkəsidir. Şirkətin 90%-nə sahib olan keçmiş Amerika lideri 2021-ci ilin payızında sosial şəbəkə istifadəyə verildiyi zaman xeyli sayda amerikalının qeydiyyatdan keçəcəyinə ümid edirdi, lakin indiyədək şəbəkə istifadəçilərinin sayı cəmi 6,5 milyon nəfərə çatıb.

Buna görə də sosial şəbəkənin ilkin təxmini dəyəri 730 milyon dollardan 100 milyon dollardan aşağı düşüb.

Bundan əlavə, Trampın sərvətinin azalmasının digər səbəbi onun kommersiya məqsədli daşınmaz əmlakının dəyərdən düşməsidir. Nəşr hesab edir ki, Trampa tam və ya qismən məxsus olan ofis binalarının dəyəri 170 milyon dollar azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3040

Oxşar yazılar

Pedofil polis HƏBS OLUNDU:  3000-dən çox video yığıb

Pedofil polis HƏBS OLUNDU: 3000-dən çox video yığıb

9 may 2025 , 12:57
Qələbə yürüşünün iştirakçıları saxlanıldı

Qələbə yürüşünün iştirakçıları saxlanıldı

9 may 2025 , 12:34
Bu ölkədə varlılar üçün  vergilər artır

Bu ölkədə varlılar üçün vergilər artır

9 may 2025 , 11:51
Kürdüstan Fəhlə Partiyası və PKK ləğv olur

Kürdüstan Fəhlə Partiyası və PKK ləğv olur

9 may 2025 , 11:33
Konsert zamanı səhnə uçdu, yaralılar var

Konsert zamanı səhnə uçdu, yaralılar var

9 may 2025 , 09:28
Müdafiə naziri əmr imzaladı - Bu şəxslər ordudan qovulacaq

Müdafiə naziri əmr imzaladı - Bu şəxslər ordudan qovulacaq

9 may 2025 , 08:25
ABŞ-ın 28 ən böyük şəhəri batmaq üzrədir - ARAŞDIRMA

ABŞ-ın 28 ən böyük şəhəri batmaq üzrədir - ARAŞDIRMA

9 may 2025 , 03:27
İranda xanım teleaparıcı öldürüldü 

İranda xanım teleaparıcı öldürüldü 

8 may 2025 , 23:50