"Real Madrid" yeni baş məşqçisi Xabi Alonso ilə müqavilə imzalayıb.
Lent.az xəbər verir ki, kral klubu Alonso ilə 3 illik müqaviləyə razılaşıb.
Xabi 2018-ci ildən birlikdə çalışdığı köməkçisi, fitness məşqçisi Sebas Parrillanı Madridə gətirəcək. Qeyd olunur ki, “Real Madrid”in hazırkı baş məşqçisi Karlo Ançelotti mövsümün son oyunundan sonra mayın 25-də Madrid klubu ilə vidalaşacaq.