Türkiyədən Azərbaycana TƏKLİF
08 yanvar 2023 16:12 (UTC +04:00)

Türkiyədən Azərbaycana TƏKLİF

Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir Azərbaycanı Türkiyənin döyüş təyyarəsinin istehsalında ortaqlığa dəvət edib.

Lent.az-ın xəbərinə görə, İsmayıl Dəmir “Müdafiə sənayesi – 2023-cü il hədəfləri” mövzusunda keçirilən mətbuat konfransında bildirib ki, Türkiyənin döyüş təyyarəsinin istehsalında dost və qardaş ölkələri ortaqlığa dəvət edirlər.

Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri qeyd edib ki, Azərbaycan, İndoneziya, Pakistan, Malayziya bu ölkələr arasında sayıla bilər: “Bu ortaqlığın hər bir tərəf üçün faydalı olacağını düşünürük”.

# 3660
avatar

Oxşar yazılar