Ukrayna bu adanı Rusiya ordusundan azad etdi
30 iyun 2022 13:39 (UTC +04:00)

Ukrayna bu adanı Rusiya ordusundan azad etdi

Ukrayna ordusu Qara dənizdəki İlan (Zmeinıy) adasını Rusiya ordusundan azad edib.

Lent.az-ın Ukrayna KİV-ə istinadən məlumata görə, Ukrayna ordusunun davamlı bombardmanlarından sonra adadakı Rusiya qarnizonu ötən gecə oranı tərk edib.

Hazırda ada rəsmi Kiyevin nəzarətindədir.

Qeyd edək ki, bu adanın strateji əhəmiyyəti böyükdür. Çünki ada Odessa ətrafında dəniz yoluna nəzarət etməyə imkan verir.

# 1284
avatar

Oxşar yazılar