Ukrayna ən ağır vəziyyətin olduğu şəhəri açıqladı
08 yanvar 2023 17:39 (UTC +04:00)

Ukrayna ən ağır vəziyyətin olduğu şəhəri açıqladı

Ukrayna Müdafiə Nazirliyi Rusiya Ordusunun və özəl hərbi birləşmələrin hücum etdiyi Soledar şəhərində hazırda vəziyyətin çox ağır olduğunu açıqlayıb.

Lent.az-ın xəbərinə görə, Ukrayna müdafiə nazirinin müavini Anna Malyar “Telegram”-da paylaşımında bildirib ki, ölkənin şərqində vəziyyət mürəkkəbdir.

Anna Malyar qeyd edib ki, Donetsk vilayətinin bəzi ərazilərində Ukrayna Ordusu addım-addım irəliləyir, bəzi ərazilərində isə Rusiya Ordusu, o cümlədən özəl hərbi birləşmələr hücum edir: “Hazırda Soledarda vəziyyət çox ağırdır”.

# 2148
avatar

Oxşar yazılar