Ukrayna müdafiə qüvvələri qərargah rəisi: “Döyüşçülərimizin sayı 110 min nəfərdir ”
17 may 2022 22:46 (UTC +04:00)

Ukrayna müdafiə qüvvələri qərargah rəisi: “Döyüşçülərimizin sayı 110 min nəfərdir ”

Ukrayna ordusunun ərazi müdafiə qüvvələrinin döyüşçülərinin sayı təxminən 110 min nəfər təşkil edir. 

Lent.az-ın “Ukranews.com” saytına istinadən xəbərinə görə, bu barədə məlumatı Ukrayna ərazi müdafiə qüvvələrinin baş qərargah rəisi Sergey Sobko bildirib. O, qeyd edib ki, müdafiə qüvvələri artıq yerli istehsal olan, eləcə də Ukraynanın Qərb tərəfdaşlarının tədarük etdiyi silahların qəbuluna başlayıblar. Əlavə edib ki, bu silahlara pulemyotlar, tank əleyhinə sistemlər, minaatanlar, zenit-raket sistemləri (manpad) və.s. daxildir.  

Sergey Sobko bildirib edib ki, təkcə bu gün - mayın 17-də 700 könüllü ərazi müdafiə qüvvələrinə qoşulub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1644

Oxşar yazılar