Bakının Xəzər rayonu ərazisində yerləşən mənzillərin birindən pul oğurlanması barədə polisə müraciət daxil olub.
DİN mətbuat xidmətindən Lent.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən V.Qurbanov saxlanılıb.
Araşdırmalarla saxlanılan şəxsin tanışının evindən 33 min manat pul vəsaitini oğurladığı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.