Ukrayna ordusu Luqanskda  bu şəhərə  nəzarət edir
24 may 2022 20:38 (UTC +04:00)

Ukrayna ordusu Luqanskda bu şəhərə nəzarət edir

Vəziyyətin çox ağır olmasına rəğmən Luqansk vilayətinin Severodonetsk Ukrayna ordusunun nəzarətindədir.

Lent.az-ın xəbərinə görə, bunu şəhər administrasiyasının rəhbəri Sergey Qayday Tvitter hesabında yazıb.

Qayday bildirib ki, şəhər ətrafında döyüşlər gedir, şəhərin mərkəzi bütün növ silahlardan atəşə tutulur.
“Müharibənin üçüncü ayı. Severodonetsk Ukrayna ordusunun nəzarətindədir. Vəziyyət ifrat dərəcədə ağırdır. Rusiya ordusu atəşi intensivləşdirib” – deyə administrasiya rəhbəri qeyd edib.

# 1761
avatar

Oxşar yazılar