Ukraynada hərbi əməliyyatlar zamanı azərbaycanlı döyüşçü Həsənov Tofiq Tahir oğlu həlak olub.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
O, Xarkov vilayətinin Ternova kəndində döyüş tapşırığını yerinə yetirərkən 38 yaşında həyatını itirib.
Məlumatlara görə, Həsənov Ukraynada könüllü kimi mübarizədə iştirak edirdi. Onun ölümü barədə yaxınlarına məlumat verilib.