USAID-də ixtisarlar başladı - Minlərlə insan işsiz qalacaq
24 fevral 2025 07:19 (UTC +04:00)

USAID-də ixtisarlar başladı - Minlərlə insan işsiz qalacaq

ABŞ prezidenti Donald Trampın administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAID) kütləvi ixtisara başlayıb və bu, minlərlə işçini əhatə edəcək.

Lent.az xəbər verir ki, bu barədə USAID-in saytında yerləşdirilən məlumatda deyilir.

Sənədə əsasən, 24 fevral saat 23:59-da agentliyin bütün dünya üzrə əməkdaşlarının əksəriyyəti inzibati məzuniyyətə göndəriləcək.

Təhlükəli tapşırıqların və xüsusi proqramların həyata keçirilməsinə cavabdeh olan, eləcə də əsaslı rəhbərliyin təmin edilməsinə cavabdeh olan USAİD əməkdaşları üçün istisna təşkil ediləcək.

"Eyni zamanda, USAID ABŞ-da fəaliyyət göstərən təxminən 1600 işçiyə təsir edəcək işçi qüvvəsinin ixtisarına başlayır", - bəyanatda deyilir.

USAID-in xaricdə yerləşən əməkdaşlarına hökumət hesabına ABŞ-a qayıtmaq və müəyyən güzəştlər almaq imkanı təklif olunub.

“The Washington Post”un məlumatına əsasən başqa ölkələrə göndərilən təxminən 2000 agentlik işçisi ixtisara məruz qala bilər.

Qeyd edək ki, ABŞ administrasiyası fevralın 3-də USAİD-in fəaliyyətini faktiki olaraq dayandırmışdı. Tramp ABŞ dövlət katibi Marko Rubionu agentliyin müvəqqəti rəhbəri təyin edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1708

Oxşar yazılar

Nümayəndə heyəti İrana gedir - Danışıqlar başladı

Nümayəndə heyəti İrana gedir - Danışıqlar başladı

4 avqust 2025 , 06:07
UNICEF-dən qorxulu açıqlama - 640 mindən çox uşağın......

UNICEF-dən qorxulu açıqlama - 640 mindən çox uşağın......

4 avqust 2025 , 04:15
Süveydada təhlükəli olay

Süveydada təhlükəli olay

3 avqust 2025 , 14:39
Krasnodarda küçələri, yolları su basdı-VİDEO

Krasnodarda küçələri, yolları su basdı-VİDEO

3 avqust 2025 , 14:02
İranda kimya zavodunda yanğın-VİDEO

İranda kimya zavodunda yanğın-VİDEO

3 avqust 2025 , 11:32
Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var

Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var

3 avqust 2025 , 10:21
"Krokus Siti Holl"da 70 nəfər belə ölüb

"Krokus Siti Holl"da 70 nəfər belə ölüb

3 avqust 2025 , 09:21
ABŞ-da zəlzələ  baş verdi

ABŞ-da zəlzələ baş verdi

3 avqust 2025 , 07:50