Birma: korrupsiyaya qarşı mübarizə 17 min məmura toxunacaq
07 fevral 2013 02:22 (UTC +04:00)

Birma: korrupsiyaya qarşı mübarizə 17 min məmura toxunacaq

Birma hakimiyyətinin korrupsiyaya qarşı mübarizə çərçivəsində həyata keçirdiyi tədbirlər 17 minə yaxın dövlət xadiminə problem yarada bilər.

 

Kampaniya polis zabitlərinə də toxunacaq. Artıq 300 iş araşdırılır.

 

Hakimi partiyanın deputatı bildirib ki, son 9 ayda irəli sürülən ittihamlar əsasən, dövlət fondu və  başqa bu kimi sahələri əhatə edən cinayətlərlə bağlıdır.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, 7 minə yaxın dövlət məmuru bu səbəbdən işdən azad edilib. Onların arasında ən böyük vəzifə sahibi Kənd Təsərrüfatı Nazirliyinin işçisidir.

 

Qeyd edək ki, Birma hakimiyyəti ölkənin demokratikləşdirilməsi istiqamətində 2011-ci ildən islahata başlayıb.

 

# 541
avatar

Oxşar yazılar