İsrail təyyarəsi pilotların davasına görə  Səudiyyə Ərəbistanına endi - YENİLƏNİB
30 sentyabr 2026 11:00 (UTC +04:00)

İsrail təyyarəsi pilotların davasına görə Səudiyyə Ərəbistanına endi - YENİLƏNİB

0

Qaçırıldığı deyilən Dubaydan Tel-Əvivə uçan təyyarə ilə bağlı təfərrüatlar məlum olub.

Lent.az "Ynet"-ə istinadla bildirir ki, pilotlar arasında baş verən dava təyyarədə həyəcan siqnalının verilməsinə səbəb olub. 170-dən çox sərnişinin olduğu “Flydubai” reysi qeyri-adi şəkildə Səudiyyə Ərəbistanına yönləndirilib, İsrail isə qırıcı təyyarələri havaya qaldırıb. Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats məsələ ilə bağlı təcili müşavirə keçiriblər. Daha sonra təhlükəsizlik rəsmiləri vəziyyətin nəzarətdə olduğunu bildiriblər və təyyarə Səudiyyə Ərəbistanında təhlükəsiz eniş edib.

Qeyd olujur ki, təyyaarənin göyərtəsində 27-si uşaq olmaqla 174 sərnişin olub.

Məlumata görə, təyyarə bir müddət uçuşları izləmə tətbiqlərindən də yoxa çıxıb. Daha sonra təhlükəsizlik rəsmiləri onun Səudiyyə Ərəbistanına eniş üçün hərəkətdə olduğunu açıqlayıblar. Enişdən sonra təyyarə yenidən ictimai uçuş izləmə sistemlərində görünüb.

Bildirilir ki, “Flydubai” təyyarəsi BƏƏ-nin Dubay şəhərindən saat 07:05-də havaya qalxıb və təxminən saat 09:30-da Ben-Qurion hava limanına enməli idi.

Lakin təxminən bir saat yarım uçuşdan sonra, İordaniya hava məkanına daxil olarkən təyyarə əvvəlcə beynəlxalq fövqəladə və təhlükə kodu olan 7700, daha sonra isə təyyarənin qaçırılmasına işarə edən 7500 kodunu ötürüb.

Bunun ardınca təyyarə geri dönüb, Səudiyyə Ərəbistanının hava məkanına qayıdıb və daha aşağı hündürlükdə uçmağa başlayıb. Cənuba doğru hərəkət etdikdən sonra isə Səudiyyə Ərəbistanı daxilində qərbə istiqamətlənib.

***

saat 10:39

Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsi qaçırılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, təyyarə bu barədə fövqəladə vəziyyət siqnalı verib.

Bildirilib ki, uçuşun istiqaməti Səudiyyə Ərəbistanına yönəldilib.

Məlumata görə, təyyarədə 150-dən çox sərnişin var.

İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz məsələ ilə bağlı təcili iclas çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 572

Oxşar yazılar